Sabah Bakı-Sumqayıt qatarı necə hərəkət edəcək?

181

Yanvarın 20-də Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarlar (Bakı-Sumqayıt-Bakı) qeyri-iş gününün cədvəlinə uyğun hərəkət edəcək.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Xatırladaq ki, qatarlardan birinin planlı təmirə cəlb edilməsi ilə əlaqədar 21 yanvar tarixindən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkət cədvəli yenilənəcək.

Yeni qrafikə əsasən:

-Sumqayıtdan 07:30 və 08:00-da çıxan ekspres qatarlar Bakıxanovda da dayanacaq;

-Bakıdan 18:05-də çıxan Pirşağı-Sumqayıt ekspresi isə Sabunçuda da dayanacaq.

Şənbə və bazar günləri cədvəl dəyişməz qalacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər