“Sabahın alimləri” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

329
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva “Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin qalibi olan Sumqayıt və Abşeron komandalarının üzvləri ilə görüş keçirib.
Görüşdə çıxış edən idarə müdiri bildirib ki, müasir elmdə uğur qazanmaq üçün yalnız bilik kifayət etmir, eyni zamanda tənqidi düşünmə, problem həlletmə, vaxtın idarə olunması, natiqlik və ünsiyyət bacarıqları da mühüm rol oynayır. Bu bacarıqların inkişafı və şagirdlərin istedadlarının vaxtında aşkarlanaraq dəstəklənməsi onların gələcəkdə alim kimi yetişməsinə böyük töhfə verəcək.
İlhamə Abdullayeva müsabiqə çərçivəsində təqdim olunan innovativ layihələrin yüksək səviyyəsini vurğulayaraq, qalib şagirdləri və onların elmi rəhbərlərini təbrik edib.
Tədbir zamanı qalib layihələrin rəhbərlərinə təşəkkürnamələr təqdim olunub.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzi, Təhsil İnstitutu, AMEA və digər tərəfdaşların təşkilatçılığı ilə keçirilən bu müsabiqədə Abşeron-Xızı RTİ-nin tabeliyində olan 10 məktəbdən 21 şagird 11 layihə ilə qalib olmuşdur.
Gənc tədqiqatçılarımıza elm yolunda uğurlar arzulayırıq!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər