Salmanova növbəti vətəndaş qəbulunu keçirib

325

Milli Məclisin 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulunu keçirib.

Sumqayıt şəhərindəki Muğam Mərkəzində seçicilərlə fərdi qaydada görüşən millət vəkili seçicilərin ona ünvanladıqları sual və müraciətlərini dinləyib, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Qəbula gəlmiş vətəndaşlar əsasən məişət problemləri, təhsil, işlə təminat və digər məsələlərlə bağlı müraciət ediblər.

Qəbul əsnasında bir sıra məsələlər yerindəcə həll olunub. Eyni zamanda, qaldırılan bir sıra məsələlər nəzarətə götürülüb, bəzilərinin həlli istiqamətində isə tövsiyələr verilib.

Deputat vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılması barədə dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq, daxil olmuş vətəndaş müraciətlərinə yüksək həssaslıqla yanaşıldığını, müraciətlərin tam, hərtərəfli araşdırılaraq, onların həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun şəkildə addımlar atıldığını diqqətə çatdırıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər