Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Sumqayıtda olub

953

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Şanxay Əməkdaşlıq təşkilatının baş katibi Jang Mingi qəbul edib. Şəhər rəhbəri qonaqları salamlayaraq onları şəhərimizdə görməkdən böyük məmnunluq hissi keçirdiyini bildirib. Vurğulayıb ki, Azərbaycan-Çin əlaqələri möhkəm dostluğa və qarşılıqlı etimada əsaslanır. Əlaqələrin inkişaf etdirilməsində yüksək səviyyəli rəsmi səfərlər və bu çərçivədə əldə edilmiş siyasi razılaşmalar müstəsna əhəmiyyət kəsb edir.

Zakir Fərəcov Sumqayıt və onun iqtisadi inkişafı ilə bağlı qonaqlara geniş məlumat verib. Qeyd edib ki, Sumqayıt şəhəri Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Hazırda sənaye müəssisələrinin müasir texnologiyalar əsasında yenidən qurulması, modernləşdirilməsi, ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye mərkəzlərinin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Vurğulanıb ki, Sumqayıt şəhəri ilə Çinin 3 şəhəri arasında dostluq əlaqələri mövcuddur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər