SDU alimlərinin elmi nailiyyətləri 50 min manat dəyərində 4 nominasiyada mükafatlandırılıb

SDU alimlərinin elmi nailiyyətləri 50 min manat dəyərində 4 nominasiyada mükafatlandırılıb

1457

Universitetin rektoru Rüfət Əzizov çıxış edərək 2024-cü ildə tədris, elm, beynəlxalq əməkdaşlıq və digər sahələr üzrə əldə olunan uğurlardan, həmçinin qarşıda duran yeni hədəflərdən söz açıb. Rektor Rüfət Əzizov çıxışında elmi fəaliyyətin təşkili, kadr potensialının artırılması, beynəlxalq elmi əməkdaşlıqların inkişafı istiqamətində atılan addımları vurğulayıb. 2024-cü ildə unviersitetin strateji inkişaf planına uyğun olaraq həyata keçirilən tədbirlər Sumqayıt Dövlət Universiteti ilə yanaşı regionun elmi və kadr potensialının gücləndirilməsinə xidmət edib. O, SDU-də tədrisin keyfiyyətinin yüksəldilməsi üçün atılan addımlar, elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesinə inteqrasiya edilməsi və dövlət-universitet-sənaye əməkdaşlığı nəticələrinin əsas strateji hədəflər arasında olduğunu qeyd edib. Bundan əlavə, professor-müəllim heyətinin kvartilli jurnallarda məqalələrin nəşr sayının artması, beynəlxalq və xüsusi ilə xaricdə keçirilən elmi tədbirlərdə iştirakın genişlənməsi və gənclərin tədqiqata marağının artması bu sahədə görülən işlərin uğurlu nəticələri kimi qiymətləndirilib. Görülən bu işlərin SDU-nin beynəlxalq arenada mövqeyinin möhkəmlənməsi və daha uğurlu çıxışlarına xidmət etdiyi kimi professor-müəllim heyətinin motivasiya və rifahının yüksəlməsinə xidmət edir.

Beləki, SDU-nun elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması, elmi-tədqiqat işlərinin daha da stimullaşdırılması və əməkdaşların elmi məqalələrinin beynəlxalq məlumat bazalarında (“Clarivate Analytics” şirkətinin Web of Science, “Elsevier” şirkətinin “Scopus”) indekslənən jurnallarda nəşr edilməsinin təşviqi məqsədilə elmi məqalələrə görə mükafatlandırma mexanizmi hazırlanıb. Elmi məqalələrə görə mükafatlandırma prosesi qeyd olunan meyarlara əsasən həyata keçirilib. Birinci mükafat Q1/Q2/Q3/Q4 kateqoriyalı jurnallarda ən çox məqaləsi olan 5 müəllifə, ikinci mükafat Q1/Q2/Q3/Q4 kateqoriyalı jurnallarda olan məqaləsinə ən çox istinadı olan 5 müəllifə, üçüncü mükafat Q1/Q2 kateqoriyalı jurnallarda məqaləsi olan, dördüncü mükafat Q3/Q4 kateqoriyalı jurnallarda məqaləsi olan müəlliflərə verilib. Qeyd etmək lazımdır ki, professor-müəllim heyətinin 3-də 1-i elmi-tədqiqat fəaliyyətinə görə fərqlənib. 2024-cü il elmi fəaliyyətə görə 4 nominasiyada ümumilikdə 50 min AZN mükafat ayrılıb. Bundan başqa elmi-tədqiqat fəaliyyətinə görə fərqlənən əməkdaşlar üçün istirahət düşərgəsi planlaşdırılıb.

Rektor çıxışının sonunda 2024-cü il üzrə elmi fəaliyyətlərinə görə mükafatlandırılan əməkdaşları təbrik edib. Əlavə edib ki, elmmetrik göstəriciləri yüksək olan əməkdaşların mükafatlandırılması məqsədilə növbəti illərdə də tədbirlər həyata keçiriləcək. Bu da onların elmi fəaliyyətlərində uğurlara imza atmaları üçün stimullaşdırıcı rol oynayacaq. Sonra Elmi Şuranının genişləndirilmiş iclasının gündəliyində duran digər məsələlər ətrafında müzakirələr aparılıb və qərarlar verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər