Sumqayıt Dövlət Universitetində (SDU) maaşların artırılması və əməkdaşlara mükafatların verilməsi ilə bağlı qərarlar qəbul edilib.
Universitetdən verilən məlumata görə, professor-müəllim heyətinin maaşları son bir il ərzində iki mərhələdə artırılıb:
- Professorlar: Maaşları 27% artırılaraq 1900 AZN-ə çatdırılıb.
- Dosentlər: Maaşları 28% artırılaraq 1600 AZN olub.
- Baş müəllimlər (elmi dərəcəli): 37% artımla maaşları 1300 AZN-ə yüksəlib.
- Müəllimlər (elmi dərəcəli): Maaşları 27% artırılaraq 1100 AZN təşkil edib.
Eyni zamanda inzibati heyətin maaşı orta hesabla 25%, tədris köməkçi heyətin maaşı isə 20% artırılıb.
Bundan əlavə, universitet rəhbərliyi bayram münasibətilə bütün əməkdaşlara 100 AZN məbləğində mükafat verib. Həmçinin, il ərzində yüksək nəticələr göstərən inzibati heyət üzvləri maaşlarının 50%-i qədər əlavə mükafatla təltif olunublar.
Bu qərarların universitetin əməkdaşlarının sosial rifahının yaxşılaşdırılması və motivasiyasının artırılmasına xidmət etdiyi bildirilib.
Müzakirə qapadılmışdır.