SDU-da növbəti görüş keçirildi

549
Dekabrın 22-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, layihələr üzrə menecer Rəsul Həşimov və universitetin professor-müəllim, eləcə də tələbə heyətinin iştirakı ilə görüş keçirildi.
Görüşdə əsas məqsəd hər iki qurum arasında tanışlıq və əməkdaşlıq imkanlarının müzakirəsi oldu.
Görüşdə iştirak edən SDU rektoru Rüfət Əzizov qonaqları salamlayıb və onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Fondun təhsilin inkişafı istiqamətində gördüyü işlərdən, həyata keçirdiyi proqramlardan, dövlətin təhsilin inkişafına verdiyi xüsusi önəmdən danışan Rüfət Əzizov vurğulayıb ki, təhsilin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir.
Rektor SDU-nun fəaliyyət istiqamətləri, yeniliklər və gələcək prioritetlər barədə məlumat verib. Bildirib ki, hər bir elm-təhsil müəssisəsinin qarşısında konkret məqsədlər durur. Bu illər ərzində Sumqayıt Dövlət Universiteti böyük inkişaf yolu keçmiş, ölkənin sənaye mərkəzi olan Sumqayıt şəhəri və region üçün mütəxəssis hazırlığı sahəsində mühüm nailiyyətlər əldə etmişdir və bu gün də peşəkar kadrların yetişdirilməsi istiqamətində uğurlu addımlar atır. SDU-nun əsas hədəflərindən biri də beynəlxalq standartlara cavab verən, innovativ, reytinqli, yüksəkixtisaslı kadrlara malik olan universitetə çevrilməkdir. Həmçinin qabaqcıl yerli və xarici təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsi, beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinə nail olmaq qarşıya qoyulmuş əsas məqsədlərdəndir.
Rektor onu da qeyd etdi ki, SDU-da universitet-sənaye əlaqələrinin genişləndirilməsi istiqamətində uğurlu addımlar atılır və qarşılıqlı əməkdaşlığın qurulmasında bu əlaqələrin yaradılması olduqca əhəmiyyətlidir. Bu istiqamətdə görüşlərin təşkili də vacib amillərdəndir. Rektor müəllim və tələbələrə Təhsilin İnkişafı Fondu tərəfindən gerçəkləşdirilən layihələrdən yararlanmağı tövsiyə etdi.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxış edərək dəvətə görə universitet rəhbərliyinə təşəkkürünü ifadə etdi. Bildirdi ki, ali təhsil müəssisələrində innovasiya və elmi-tədqiqat zəruridir. Bu səbəbdən də universitetlər öz iş mexanizmlərini uyğun qurmalı, zamanın tələbinə uyğun planlamalıdır. Ali təhsil müəssisələrində tədrisdə məzmunun yenilənməsində birgə fəaliyyət istiqamətləri, elmi-tədqiqat layihələrində birgə əməkdaşlıq aparılmalıdır.
Sonra sədr Təhsilin İnkişafı Fondunun gördüyü işlərlə bağlı təqdimatla çıxış edərək Fondun yaradılması, məqsədləri, missiyası, Fond tərəfindən həyata keçirilən layihələr, təqaüd proqramları barədə ətraflı məlumat verdibildirdi ki, ölkə Prezidenti İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılan Təhsilin İnkişafı Fondunun fəaliyyətləri peşə təhsili istisna olmaqla təhsilin bütün pillələrini əhətə edir. Qısa zaman kəsiyində ali təhsil müəssisələri ilə bağlı 5 əsas strateji fəaliyyət istiqaməti müəyyən olunmuşdur. Strateji fəaliyyət istiqamətlərində akademik mobillik proqramlarının icrası, ali təhsil müəssisələrinin institusional inkişafı, elmi jurnal, nəşrlər və dərsliklərin hazırlanması, universitet-sənaye iş birliyinin inkişafında iştirak və ali təhsil müəssisələri tələbələrinin inkişafına dəstək və digər məsələlər əhatə olunur.
Sədr həmçinin qarşıda mühüm layihələrin olduğunu qeyd etdi. Onu da bildirdi ki, bütün bunlar tələbələri elm və innovasiyalar istiqamətində davamlı fəaliyyətə cəlb etmək, tələbələri elm sahəsində aparıcı mövqe tutmaqlarına təkan verəcək.
Görüşdə universitetin strateji məqsədləri və hədəfləri, sənaye-universitet işbirliyi, tələbələrin karyera imkanlarının genişləndirilməsi, müəllim və tələbələrin ingilis dil üzrə danışıq bacarıqlarının inkişafı ilə bağlı həyata keçirilən işlər müzakirə olundu. Tədbir iştirakçılarının təklifləri dinlənildi, suallar Elnur Nəsibov tərəfindən ətraflı cavablandırıldı.
Sonda rektor Rüfət Əzizov Təhsilin İnkişafı Fondunun rəhbərliyinə səmimi görüş və gələcəkdə həyata keçəcək layihələrə göstərəcəkləri dəstəyə görə təşəkkürünü bildirdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər