Sumqayıt Dövlət Universitetinin Kitabxana və İnformasiya Mərkəzinə Yeni Direktor Təyin Olunub.
Leyla Allahverdiyeva 2010-cu ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsini bitirmiş və ADA Universitetində Təhsilin İdarə olunması üzrə magistr dərəcəsi almışdır. 2013-cü ildən ADA Universitetində müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir.
2023-cü ildə Erasmus+ Staff Mobility Program çərçivəsində Kadir Has Universitetində kitabxana idarəçiliyinin təşkili ilə yaxından tanış olmuş və Antalyada keçirilmiş “Rethinking University Libraries in the 100th Anniversary of the Republic of Türkiye” beynəlxalq konfransında iştirak etmişdir.
Onun müəllifi olduğu “Game-based Teaching Approach in Teaching a Foreign Language in Middle Public Schools” adlı elmi araşdırma və Taylor & Francis online jurnalında dərc olunmuş “Assessing the Impact of Information Literacy Instruction on Graduate Students” məqaləsi geniş maraq doğurmuşdur.
Sumqayıt Dövlət Universiteti olaraq, Leyla Allahverdiyevanın zəngin bilik və təcrübəsinin universitetimizin inkişafına böyük töhfə verəcəyinə inanırıq.
#SDU
Müzakirə qapadılmışdır.