SDU-da ziyalıların və maarifçilərin cəmiyyətin inkişafına verdiyi töhfə müzakirə olunub

284

“Ağ Zanbaqlar Ölkəsi” əsərinin müzakirəsi keçirilib

Sumqayıt Dövlət Universitetinin Mükəmməllik Mərkəzinin “Gənc ədiblər” klubunun təşkilatçılığı ilə Qriqori Petrovun məşhur əsəri “Ağ Zanbaqlar Ölkəsi”nin müzakirəsi keçirilib. Tədbir tələbələr arasında maarifçilik ideyalarının təbliği və ədəbiyyat vasitəsilə cəmiyyətin inkişafına töhfə vermək məqsədi daşıyıb.

Müzakirədə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı dosent Günel Paşayeva, Dil və ədəbiyyat kafedrasının müdiri dosent Böyükxanım Eminli və kafedranın müəllimi Dilarə Quliyeva iştirak ediblər. Onlar tələbələrə öz tövsiyələrini verərək maarifçilik mövzularının aktuallığını vurğulayıblar.

Tədbirdə əsərdə toxunulan ziyalıların və maarifçilərin cəmiyyətə təsiri, biliklə aydınlanmanın vacibliyi, müəllimlərin və ziyalıların fədakarlığı kimi məsələlər müzakirə edilib. Çıxış edənlər qeyd ediblər ki, “Ağ Zanbaqlar Ölkəsi” əsəri gənc nəslin maarifçilik ruhunda yetişməsi üçün dəyərli bir nümunədir.

Tədbirin sonunda iştirakçılar əsərin ideyalarının müasir dövrdə də əhəmiyyətini qoruduğunu vurğulayıblar və belə müzakirələrin tələbələrin dünyagörüşünün genişlənməsinə müsbət təsir etdiyini bildiriblər.


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər