SDU dünyanın yüksək reytinqli universitetlər ilə əlaqələrini genişləndirir

741

Dünyanın ən yaxşı 10 universiteti arasında yer alan Sinqapur Milli Universitetinin Dayanıqlılıq və Nanotexnologiya Mərkəzinin direktoru, dünyanın ən nüfuzlu tədqiqatçıları sırasında adı çəkilən professor Siram Ramakrişna Sumqayıt Dövlət Universitetində “Dayanıqlı inkişafa doğru: XXI əsrdə ali təhsilin və innovasiyaların rolu” adlı açıq mühazirə ilə çıxış edəcək.

Siram Ramakrişna, “dünyanın ən nüfuzlu alimləri” sırasına daxil edilib və yüksək istinad edilən sahələrarası tədqiqatçıdır. Çin Mühəndislik Akademiyası, Böyük Britaniya Kral Mühəndislik Akademiyası, Hindistan Milli Mühəndislik Akademiyası, ASEAN Mühəndislik və Texnologiya Akademiyası və Sinqapur Mühəndislik Akademiyasının seçilmiş beynəlxalq təqaüdçüsü/tədqiqatçısı və akademikidir. Professor Böyük Britaniyanın Kembric Universitetində fəlsəfə doktoru proqramı, ABŞ-nin Harvard Universitetində idarəetmə proqramı üzrə təhsil alıb. O, Sinqapur Milli Universitetində Tədqiqat strategiyası üzrə vitse-prezident, Mühəndislik fakültəsinin dekanı, Sahibkarlıq mərkəzinin direktoru, Nanoelm və Nanotexnologiya mərkəzinin direktoru vəzifələrində çalışmışdır.

https://www.sdu.edu.az/az/news/3090

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər