SDU əməkdaşı beynəlxalq peşəkar maliyyə təşkilatlarına üzv seçilib

182

Sumqayıt Dövlət Universitetinin (SDU) İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Loğman Abdullayev Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) təşkilatçılığı ilə keçirilən II APFM AWARDS mükafatlarının təqdimat mərasimində “Mühasibat-maliyyə sahəsində maarifləndirməyə verdiyi töhfəyə görə” nominasiyası üzrə mükafata layiq görülüb.

Eyni zamanda, Loğman Abdullayev APFM tərəfindən təşkil olunan və London Maliyyə Menecerləri İnstitutunun “Professional Maliyyə Meneceri” proqramı çərçivəsində keçirilən təlimlərdə iştirak edib. O, proqram üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, Maliyyə Menecmenti və Daxili Audit modullarından ibarət üç mərhələli imtahanları uğurla başa vuraraq “Professional Maliyyə Meneceri” diplomunu əldə edib.

Qazanılan bu uğurlar nəticəsində Loğman Abdullayev mühasibat və maliyyə sahəsində nüfuzlu beynəlxalq təşkilatlar olan ISB – The Institute of Certified Bookkeepers (Sertifikatlı Mühasiblər İnstitutu) və ICFM – The Institute of Certified Financial Managers (Sertifikatlı Maliyyə Menecerləri İnstitutu) tərəfindən üzvlüyə qəbul edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər