SDU-nun bir qrup müəllimi “İngilis dili günü” adlı təlimdə iştirak etdi

671

25-26 may tarixlərində SDU-nun Dil və Tərcümə Mərkəzinin direktoru Jalə Məmmədova, Xarici dillər kafedrasının müəllimləri Xatirə Yusibova, Həqiqət Vəliyeva, Aytən Bünyatova və Günay Murtuzayeva ABŞ-ın Azərbaycandakı səfirliyinin Bakı Amerika Mərkəzinin və Azərbaycan Dillər Universitetinin birgə əməkdaşlığı ilə ali məktəb müəllimləri üçün təşkil olunmuş “İngilis dili günü” adlı təlimdə iştirak etdilər. Təlim Amerika Mərkəzi ABŞ Dövlət Departamentinin xüsusi proqramına əsasən keçirildi. Təlimin rəsmi açılış hissəsində Mərkəzin direktoru Şəhla Xudiyeva, ADU-nun Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Fiyalə Abdullayeva və səfirliyin rəsmi diplomatları Lihi Rozental və Beata Anjelika iştirakçıları salamladılar, elmi fəaliyyətlərində uğurlar arzu etdilər. Təlimin birinci günündə Mərkəzin təlimçisi Nadia Felcan “Problem based learning” (“Problem əsaslı öyrənmə”) adlı məruzə ilə, Fulbright ETA kordinatorları Ariella Kissin və Beyza Yazıcı “Creative and arts-based approches to English language learning” (“İngilis dilinin öyrənilməsinə yaradıcı və sənət əsaslı yanaşmalar”) adlı məruzə ilə çıxış etdilər. Təlimin ikinci günündə Fullbright US.Schollar kordinatoru Elnur Hacıyevin “Bringing storytelling to life: How to integrate narrative into the educational experience” (“Hekayəni canlandırmaq: hekayəni təhsil təcrübəsinə necə inteqrasiya etmək olar”) adlı məruzəsi və ADU-nun dosenti Hüzura Ağayevanın “Task based learning” (“Tapşırıq əsasında öyrənmə”) mövzusunda məruzəsi dinlənildi. Təlim prosesində müəllimlərə bir sıra tapşırıqlar verildi və nəticə olaraq müzakirə olunan məsələlərin canlı təhlili aparıldı. Təlimin yekununda iştirakçılarla gələcəkdə hansı aktual mövzular əsasında təlimlər aparılması ilə bağlı fərdi anonim sorğular keçirildi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər