SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinə yeni dekan seçilib

1402

Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinə yeni dekan seçilib. Bu vəzifəyə Loğman İmran oğlu Abdullayev təyin olunub. O, ali təhsilli iqtisadçı-riyaziyyatçı olmaqla yanaşı, uzun illər tədris və elmi-tədqiqat sahəsində zəngin təcrübəyə malikdir.

Loğman Abdullayev 18 noyabr 1972-ci ildə Sumqayıt şəhərində müəllim ailəsində anadan olub. 1990-1995-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadi kibernetika ixtisası üzrə ali təhsil alaraq iqtisadçı-riyaziyyatçı ixtisasına yiyələnmişdir.

Loğman Abdullayev 2005-ci ildə “İstehlak bazarı və onun tənzimlənməsi problemi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini almış, 2012-ci ildə isə dosent elmi adına layiq görülmüşdür. 2018-2023-cü illərdə Sumqayıt Dövlət Universitetində elmlər doktoru proqramı üzrə dissertant olmuş və “Azərbaycanda insan kapitalından istifadənin səmərəliliyinin artırılması istiqamətləri” mövzusunda tədqiqat aparmışdır.

Loğman Abdullayev beynəlxalq təcrübə proqramlarında iştirak etmişdir. O, 2018-ci ildə Vyana Tətbiqi Elmlər Universitetində (Avstriya) və Valensiya Politexnik Universitetində (İspaniya) təlimlərdə və beynəlxalq konfranslarda iştirak etmiş, 2019-cu ildə Sankt-Peterburq Dövlət İqtisad Universitetində ixtisasartırma kursunu uğurla başa vurmuşdur. 2024-cü ilin oktyabr ayında London Maliyyə Menecerləri İnstitutunun (İCFM) təlimlərini uğurla keçərək beynəlxalq diplom əldə etmişdir.

O, 2 dərs vəsaiti, 1 monoqrafiya, 1 metodiki göstəriş, 16 fənn proqramı, 68 məqalə və tezisin müəllifidir. Loğman Abdullayev həmçinin beynəlxalq sertifikatlara malikdir və maliyyə uçotu sahəsində təlimlər aparır.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər