SDU-nun qonağı, dünya şöhrətli alim Zakir Fərəcovla görüşdü – FOTO

1771

Sumqayıt Dövlət Universiteti (SDU) son günlər bir sıra beynəlxalq layihə və tədbirlərə ev sahibliyi edir. Bunlar arasında Times Higher Education tərəfindən təşkil edilən “İqlim Fəaliyyəti” beynəlxalq forumu xüsusi diqqət çəkir. Forum çərçivəsində SDU-nu 50-dən artıq xarici mütəxəssisin ziyarət etməsi gözlənilir.
Bu gün Sinqapur Milli Universitetinin Dayanıqlılıq və Nanotexnologiya Mərkəzinin direktoru, dünya səviyyəli alim, professor Siram Ramakrişnanın Sumqayıt Dövlət Universitetində “Dayanıqlı inkişafa doğru: XXI əsrdə ali təhsilin və innovasiyaların rolu” mövzusunda mühazirəsi təşkil olunub.
Səfər çərçivəsində professor Siram Ramakrişna Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla da görüşüb. Görüşdə Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov da iştirak edib.

Görüş zamanı Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı, şəhərdə həyata keçirilən infrastruktur layihələri və innovativ texnologiyaların tətbiqi ilə bağlı məsələlər müzakirə edilib. Zakir Fərəcov Sumqayıtın dinamik inkişafından bəhs edərək, şəhərin ali təhsil müəssisələri ilə əməkdaşlıq perspektivlərini vurğulayıb. Professor Siram Ramakrişna isə SDU ilə gələcəkdə elmi və texnoloji sahələrdə əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər