Sumqayıt Dövlət Universitetinin rektoru Rüfər Əzizov Sumqayıt şəhərində fəaliyyət göstərən “ALCO” MMC ( AMİNOL) şirkətində olub.
Sumqayitxeber.com xəbər verir ki, görüşün nəticəsi olaraq müəssisə üçün lazım olan mühəndis, operator, logistika və digər ixtisaslar üzrə kadrları SDU -nun tələbələri arasından seçmək prosesinə start verilib.
Universitet ilkin mərhələdə 60 tələbə və məzunun işlə təmin olunması hədəfləyir.
Qeyd edək ki, müəssisədə əsasən mühərrik, sənaye, hidravlik, kompressor, turbin, transmissiya, gəmi və aviasiya yağı stehsal olunur.
Hazırda “ALCO”nun Avropa, MDB və Asiya ölkələri olmaqla, 50-dən artıq xarici ölkəyə mal ixrac edir.
Rüfət Əzizov bildirib ki, şirkətin kadr seçiminə və texnologiyalara həssaslıqla yanaşması təqdirə layiqdir.
Müzakirə qapadılmışdır.