SDU-nun tələbəsi Avropa Universitet Oyunlarında Gümüş medal qazanıb

676

18 iyul tarixində Macarıstanın Mişkolts şəhərində keçirilən Avropa Universitet Oyunları çərçivəsində SDU-nun Təbiət elmləri fakültəsinin 2-ci kurs tələbəsi Vahid Həsənov karate üzrə kişilərin komanda yarışında gümüş medal qazanaraq növbəti dəfə ölkəmizi uğurla təmsil etmişdir.
22 iyul tarixində SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov Vahid Həsənovla görüşərək onu əldə etdiyi uğur münasibətilə təbrik etmiş və növbəti yarışlar üçün müvəffəqiyyətlər arzulamışdır.
Görüşdə İdman klubunun sədri dosent Zakir Məmmədov Vahid Həsənovun Sloveniyanın Podçetrtek şəhərində keçirilən Fudokan Karate üzrə 27-ci Avropa Çempionatında 18-21 yaş kateqoriyası üzrə 80 kq çəki dərəcəsində qızıl medal qazandığını xatırladaraq, onun idman sahəsindəki peşəkarlığını vurğulamışdır.
Görüşün sonunda Vahid Həsənovla xatirə şəkli çəkilib

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər