Son illərdə Sumqayıt Dövlət Universitetində həyata keçirilən çoxşaxəli islahatlar, yeni infrastruktur layihələri və tədris prosesində tətbiq olunan müasir yanaşmalar universitetin nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olub. Ölkəmizin 500 minə yaxın əhaliyə malik sənaye mərkəzi Sumqayıtda yerləşən SDU, həm region, həm də ölkə üzrə yüksəkixtisaslı kadr hazırlığında mühüm mövqeyə malikdir.
Universitetin sənaye müəssisələri ilə sıx əməkdaşlığı, pedaqoji ixtisaslarda çağdaş təlim modellərinin tətbiqi, SABAH magistratura proqramlarının açılması, karyera planlamasına dəstək xidmətlərinin inkişafı və geniş yaşıllıqlarla əhatə olunmuş müasir kampusu SDU-nu rəqabətədavamlı ali təhsil müəssisəsinə çevirib. Bu yüksəlişin nəticəsini isə son illərdə universiteti seçən tələbələrin ballarında da aydın görmək mümkündür: hər il daha çox yüksək bal toplayan abituriyent SDU-nu seçir.

Bu, təkcə universitetin tədris və elmi potensialının deyil, həm də onun əmək bazarına çıxış imkanlarının və tələbəyönümlü təhsil mühitinin cəlbediciliyinin göstəricisidir.
Bu günlərdə Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, professor Əminağa Sadıqov 2025/2026-cı tədris ilində qəbul imtahanlarında yüksək nəticə göstərərək SDU-ya qəbul olunmuş tələbələrlə görüş keçirib. Görüş zamanı universitetə qəbul olunan yüksək ballı tələbələrin ixtisas seçimi, motivasiyası və gələcək planları müzakirə olunub. sumqayitxeber.com əldə etdiyi məlumatlar əsasında SDU-ya yüksək balla qəbul olan tələbələrin fakültələr üzrə reytinqini araşdırıb.
Yüksək nəticəli tələbələr SDU-ya üstünlük verir
Cari tədris ili üzrə qəbul nəticələrinə nəzər saldıqda aydın görünür ki, yüksək bal toplayaraq SDU-ya qəbul olunan tələbələrin sayı ildən-ilə artır. Bu, universitetin nüfuzunun və təklif etdiyi imkanların abituriyentlər tərəfindən yüksək qiymətləndirildiyini təsdiqləyir.
Bu uğurlu tələbələr sırasında xüsusilə seçilən abituriyentlərdən biri də:
Xəlilova Lalə Eldar qızı – 601.2 bal
Filologiya fakültəsi, Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisası
Bu göstərici, yüksək nəticə göstərən gənclərin artıq SDU-ya böyük etimadla üz tutduqlarını sübut edir.
Bu il Sumqayıt Dövlət Universitetinə qəbul olunanlar arasında 500 və daha çox bal toplayan 35, 400–500 bal intervalında nəticə göstərən isə 247 tələbə yer alıb. Bu göstəricilər SDU-nun qəbul planında yüksək nəticəli tələbələrin payının ildən-ilə artdığını təsdiqləyir.
Bu rəqəmlər SDU-nun qəbul planında yüksək nəticəli tələbələrin payının getdikcə artdığını göstərir. Fakültələr üzrə 500 və daha çox bal toplayanların bölgüsü isə belədir:
Bu göstəricilərə əsasən 500 və daha çox bal toplayaraq qəbul olan tələbələrin təxminən 46%-i Filologiya fakültəsinin payına düşür. Ardınca 17%-lə Təbiət elmləri, 14%-lə Tarix və coğrafiya, digər fakültələr isə təxminən 6–9% arasında dəyişən paya malikdir.
SDU-nun qəbul nəticələrində müşahidə olunan bu yüksəliş, universitetdə son illər həyata keçirilən strateji inkişaf proqramlarının real nəticəsidir. Tədris infrastrukturunun müasirləşdirilməsi, beynəlxalq proqramlara qoşulma, tələbə mübadilə imkanlarının genişləndirilməsi və sənaye müəssisələri ilə praktiki əməkdaşlığın gücləndirilməsi SDU-nu gənclər üçün cəlbedici mərkəzə çevirib. Universitetin professor-müəllim heyətinin elmi potensialının artırılması və innovativ təlim texnologiyalarının tətbiqi isə tələbələrin keyfiyyətli təhsil almasına, əmək bazarına daha hazırlıqlı çıxış etməsinə şərait yaradır. Bu tendensiya göstərir ki, SDU artıq təkcə Sumqayıt və ətraf bölgələrdən deyil, ölkənin müxtəlif regionlarından yüksək bal toplayan gəncləri özünə cəlb edən regional lider universitet statusuna doğru inamla irəliləyir.
Müzakirə qapadılmışdır.