Milli Məclisin Sumqayıt şəhərindən seçilən deputatı Səbinə Salmanovanın Türkiyə Respublikasına səfəri davam edir.
Bu barədə deputat sosial şəbəkə hesabında paylaşım edib.
Səfər çərçivəsində o, Prezident Sarayında Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
O eyni zamanda, Türkiyə Prezidentinin Sarayında Türkiyə Mətbuat Federasiyası tərəfindən təşkil edilən “10-cu Anadolu Media Mükafatları” tədbirində iştirak edib.
Səbinə Salmanova Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş və qardaş ölkənin digər rəsmi şəxsləri ilə görüşüb.
Müzakirə qapadılmışdır.