Səbinə Salmanova QDİƏT-in 66-cı Baş Assambleyasında məruzəçi təyin olundu

464

Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və Humanitar Siyasət Komitəsinin 65-ci iclası keçirilib.

Musavat.com xəbər verir ki, iclasda “QDİƏT regionunda davamlı sosial-iqtisadi inkişaf üçün süni intellekt – sosial aspektlər” mövzusu üzrə hesabat layihəsi təqdim edilib.

Müzakirələrin yekununda hesabat qəbul edilib və Milli Məclisin deputatı Səbinə Salmanova 66-cı Baş Assambleyada məruzəçi təyin olunub.

Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 66-cı Baş Assambleyası Albaniyada keçiriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər