Azərbaycan Parlamentinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) Sosial məsələlər və humanitar siyasət komitəsinin sədr müavini seçilib.
sumqayitxeber.com xəbər verir ki, QDİƏT PA-nın Sosial məsələlər və humanitar siyasət komitəsinin Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən iclasında S.Salmanovanın qurumun yuxarıda adı qeyd edilən komitəsinin sədr müavini vəzifəsinə namizədliyi irəli sürülüb.
Toplantıda iştirak edən QDİƏT PA-nın Sosial məsələlər və humanitar siyasət komitəsinin üzvü olan ölkələrin parlamentariləri Azərbaycan nümayəndəsinin namizədliyini dəstəkləyərək onu komitənin sədr müavini vəzifəsinə seçiblər.


Müzakirə qapadılmışdır.