Mayın 6-da Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Çüniçi Sumqayıt şəhərinə səfər edib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla keçirilən görüşdə Azərbaycan – Yaponiya əlaqələri çərçivəsində Sumqayıt şəhəri ilə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
Şəhər rəhbəri qonağa Sumqayıtın tarixi, sosial-iqtisadi inkişafı, sənaye potensialı, şəhərdə son illərdə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib.
Daha sonra diplomatik korpus rəhbəri Sumqayıtla qısa tanışlıq zamanı Heydər Əliyev Mərkəzində qonaq olub.
Ulu öndərin irsinin tədqiq edilməsi, öyrənilməsi, ümummilli liderin həyat salnaməsinin yeni nəslə adekvat şəkildə çatdırılması, gənclərin tarixi keçmişimizə, milli varlığımıza bağlılığı və vətənpərvər ruhda yetişməsi istiqamətində Heydər Əliyev mərkəzinin mühüm rolu haqqında səfirə geniş məlumat verilib.
Görüş zamanı Sumqayıt Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Gündüz Əliyev, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev qonağa Sumqayıtın mədəniyyət tarixi haqqında son dövrlər həyata keçirilən layihələr haqqında geniş məlumat veriblər.
Səfir Vada Cüniçi Sumqayıt şəhərində olduğundan məmnunluğunu bildirib. Diplomat vurğulayıb ki, iki ölkə arasında bir çox sahələrdə çox gözəl əlaqələr qurulub və bu əlaqələrin daha da genişləndirilməsi üçün bir çox potensial imkanlar mövcuddur.