Sumqayıt Dövlət Universitetində “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində şəhid ailələri ilə tələbələrin görüşü keçirilib
Sumqayıt Dövlət Universitetinin (SDU) təşəbbüsü ilə “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən gələn 100-dən çox şəhid ailəsinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə şəhid ailələrinin əzmkarlığı və vətənpərvərlik hissləri tələbələrə örnək kimi təqdim edilib, şəhidlərimizin əziz xatirəsi yad olunub.
Görüş öncəsi iştirakçılar Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra tədbir Sumqayıt Dövlət Universitetində davam etdirilib. Tədbirdə universitetin rektoru Rüfət Əzizov, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova çıxış ediblər.
Vurğulanıb ki, şəhid ailələri hər zaman xüsusi qayğı ilə əhatə olunub. Dövlətin bu istiqamətdə həyata keçirdiyi sosial siyasət şəhid ailələrinin problemlərinin həllinə yönəlib və bu ailələrin hüquqları daim diqqət mərkəzində saxlanılır. B
Qeyd olunub ki, şəhidlərimizin qanı ilə qazanılan Qələbə xalqımızın birliyinin və dövlətin güclü siyasətinin nəticəsidir. Qəhrəman şəhidlərimizin xatirəsini əziz tutmaq, onların ailələrinə göstərilən dəstək və qayğını daha da artırmaq bizim vətəndaşlıq borcumuzdur. Bu cür tədbirlər gənclərə vətənpərvərlik ruhu aşılayır və onların qəhrəman şəhidlərimizin fədakarlığını unutmamalarına kömək edir.
Tədbirin sonunda şəhidlərin adına ehsan süfrəsi açılıb.
Müzakirə qapadılmışdır.