Şəhid Cavid Cəfərovun doğum günü ilə əlaqədar anım tədbiri təşkil olunub

529

Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbin kollektivi şəhid qəhrəmanımız Cavid Cəfərovun doğum günü ilə əlaqədar dərin ehtiramla anım tədbiri təşkil edib.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhid Cavid Cəfərovun həyat və döyüş bəhs edən film nümayiş olunub.

Tədbirin təşkilatçısı, 1 “c” sinifinin müəllimi Arzu Şərifova çıxışında bu günün əhəmiyyətindən danışaraq bildirib ki, uşaqlara vətən sevgisinin və dövlətə sədaqətin aşılanması onun müəllimlik fəaliyyətinin əsas istiqamətlərindəndir.
Daha sonra şagirdlər şəhidlər və vətən mövzusunda şeirlər söyləyib, vətənpərvərlik ruhunda mahnılar ifa ediblər.
Kiçik yaşlı məktəblilərin təqdim etdiyi səhnəciklər şəhidlərimizin xatirəsinə olan ehtiramın və vətənpərvərlik duyğusunun bir daha təcəssümünə çevrilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər