Şəhid Gəray Məmmədov anıldı – FOTO

980

Şəhid Gəray Məmmədovun adını daşıyan sinif otağının açılışı olub

Laçın rayon 5 saylı orta məktəbdə şəhid Gəray Məmmədovun adını daşıyan sinif otağının açılışı olub.

Açılışda Milli Məclisin deputatları – Emin Hacıyev, Müşfiq Məmmədli, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə müdiri Tərlan Hacızadə, Azərbaycan Yazıçılar Birliyinin Poeziya bölməsinin rəhbəri İbrahim İlyaslı, şəhidin döyüş yoldaşları, yaxınları, məktəbin müəllim kollektivi və şagirdlər iştirak ediblər.

Qeyd edilib ki, Gəray Məmmədov birinci Qarabağ Müharibəsində Laçının Güləbird, Cicimli, Qazıdərəsi, Səfiyan, Fərəcan kəndlərinin müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarının hazırlanmasında və icrasında iştirak edib və düşmənin onlarla canlı qüvvəsini və hərbi texnikasını sıradan çıxarıb.
27 avqust 1993-cü ildə Qubadlı rayonunun Xanlıq kəndi yaxınlığında gedən döyüşlərin birində düşmən gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olan G.Məmmədovun məzarı Sumqayıt şəhər Şəhidlər xiyabanındadır.

Azərbaycan Prezidenti İlham Əliyevin 10 iyul 2010-cu il sərəncamı ilə G.Məmmədov “İgidliyə görə” medalı ilə təltif edilib. 1997-ci ildən Güləbird kənd kitabxanası onun adını daşıyır.

Vurğulanıb ki, müzəffər ordumuz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şəhidlərimizin qisasını döyüş meydanında alaraq, ölkəmizin ərazi bütövlüyü və suverenliyini təmin edib.


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər