Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hollandiyanın Veyk-an-Zeye şəhərindəki “Tata Steel Chess” turnirində mübarizəyə start verib.
“Report”un məlumatına görə, 33 yaşlı qrossmeyster Masters kateqoriyası üzrə ilk turda qara fiqurlarla oynayıb.
Onun ilk rəqibi ABŞ təmsilçisi Uesli So olub. Görüş 29-cu gedişdə heç-heçə ilə yekunlaşıb – 0,5:0,5.
Yanvarın 28-dək davam edəcək yarışda 14 şahmatçı mübarizə aparır.
Müzakirə qapadılmışdır.