Bursada sevgilisi tərəfindən üzərinə benzin tökülərək yandırıldıqdan sonra lüt halda yolun ortasına atılan gənc qadının sosial şəbəkə hesabından etdiyi son paylaşımı ortaya çıxıb.
sumqayitxeber.com milli.az-a istinadən Şengül Vatansever adlı gənc qadının paylaşımını təqdim edir:
“Məsələ sevmək deyil, əzizim. Kimdən soruşsan hər kəs sevir zatən. Mühüm olan gözəl sevə bilmək, incitmədən, yormadan, əzab vermədən”.
Qeyd edək ki, Şengül Vatansever adlı qız sevgilisi Ümit V.-yə ayrılmaq istədiyini dedikdə, oğlan onunla mübahisə edib və avtomobildəki benzini onun üzərinə tökərək yandırıb.
2 uşaq anası olduğu ortaya çıxan gənc qadının ərindən bir müddət öncə ayrıldığı məlum olub.