SOCAR-ın Karbamid Zavodu ixrac coğrafiyasını genişləndirir

602

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti – Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodu ixrac coğrafiyasını genişləndirir.

sumqayitxeber.com agentliyə istinadən xəbər verir ki, zavod ilk dəfə Polşa, İsrail və Yunanıstana 26 min tondan çox məhsul ixrac edib.

2019-cu ildə fəaliyyətə başlamış Karbamid Zavodu azot gübrəsi idxalından asılılığın aradan qaldırılmasında, yerli fermerlərin tələbatının ödənilməsində mühüm rol oynayır. Zavodda istehsal olunan məhsullar “Made in Azerbaijan” brendi ilə 15-dən çox ölkəyə ixrac edilir. İndiyə qədər müəssisədə 625 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 85%-dən çoxu ixrac olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər