sumqayitxeber.com xəbər verir ki, tanınmış alim, kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Mustafa Səttar oğlu Salahovun 2026-cı il yanvarın 18-də 95 yaşında vəfat edib.
Mustafa Salahov uzun illər AMEA-nın Polimer Materialları İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışıb, Azərbaycan Respublikasının əməkdar ixtiraçısı adına layiq görülüb, Şöhrət” ordeni ilə təltif olunub.
M.S.Salahov 1931-ci ildə Bakı şəhərində anadan olmuşdur. O zaman Azərbaycan SSSR-in tərkibində idi.Məktəbi bitirəndən sonra Qorki Dövlət Universitetinin kimya fakultəsinə qəbul olmuş və fiziki-kimya ixtisasını seçmişdir. İnstitutu bitirdikdən sonra M.S.Salahov 1955-ci ildə Sumqayıtda Sintetik Kauçuk zavodunda işləməyə başlamış və Azərbaycan Elmlər Akademiyasının Neft institutunun asperanturasına daxil olmuşdur.Bir müddət Rezin laboratoriyasının müdiri olmuşdur.M.S.Salahov kimya Elmlər doktoru və professordur. O, Azərbaycan Milli Elmlər Akademiyasinin 2001-ci ildən müxbir üzvü, Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür. Azərbaycan Respublikasının əməkdar ixtiraçısı adına layiq görülmüş və Azərbaycan Respublikasının Memarlar ittifaqının fəxri üzvüdür. M.S.Salahov hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının polimer materiallar institutunda (Sumqayıt şəhər.) monomer və polimerlərin stereokimya laboratoriyasına başçılıq edir.M.S.Salahov elmi və pedaqoji fəaliyyətini davam etdirir.O ,Bakı Dövlət Universitetinin professorudur.M.S. Salahovun rəhbərliyi altında 31 elmlər namizədi və 2 elmlər doktoru hazırlanıb.M.S.Salahov bir neçə kitabin müəllifidir.


Müzakirə qapadılmışdır.