Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Sumqayıtda olub

1002

Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Ahmed Moallim Fiqi iyulun 27-də Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti ilə tanış olub.

Azərbaycanın Efiopiyadakı səfiri Ruslan Nəsibovun iştirak etdiyi görüşdə İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Elkiyar Ziyadov qonaqlara ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün mövcud əlverişli investisiya imkanları barədə məlumat verib, İZİA-nın təqdimatı keçirilib.

Görüş çərçivəsində sənaye sahəsində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, sənaye zonası modelinin tətbiqinin üstünlükləri diqqətə çatdırılıb.

Sonda qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “Azerfloat” QSC-nin vərəqə şüşə istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olublar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər