Son vaxtların ən məşhur pəhrizi: Su orucu nədir? – FAYDALARI və ZƏRƏRLƏRİ

2250

Son zamanlar dünyada yalnız su ilə qidalanaraq pəhriz saxlayanların sayı artır. Müxtəlif ölkələrdə yayılan bu pəhrizə su orucu deyirlər. Su orucu nə deməkdir, onun faydaları və zərərləri nələrdir?

Sumqayitxebrr.com lent.az-a istinadən bununla bağlı məlumatları diqqətinizə çatdırır.

Su orucu 24-72 saat arasında tutula bilər. Bu zaman yalnız su ilə qidalanırsan. 3 gündən artıq tətbiq etmək istəsəniz, mütləq həkim nəzarətində olmalısınız. Ümumiyyətlə, su orucu hər kəs üçün uyğun olmaya bilər.

Niyə su orucu tuturlar?

– Dini və ya mənəvi səbəblərlə

– Arıqlamaq məqsədilə

– Detoks üçün

– Sağlamlıq baxımından faydalı olduğu üçün

Su orucunun faydaları

Bəzi xəstəliklər üçün risk faktorlarına sahib şəxslərin “qısa müddətli aclıqdan” faydalana biləcəyi düşünülür. Risk faktorları arasında ürək xəstəliyi, yüksək təzyiq, yüksək xolesterol, diabet, həddən artıq köklük var. Bu risk faktorları bir-biri ilə əlaqədardır.

Bədən enerji mənbəyi olaraq seçdiyi karbohidratları qəbul edə bilmədikdə yağlardan istifadə etməyə başlayır. Buna görə bədəndə yığılan yağlar sürətlə yanmağa başlayır və insan sürətli şəkildə arıqlayır.

Ancaq pəhriz mütəxəssisləri su orucu ilə sürətli şəkildə arıqlamaq əvəzinə sağlıqlı qidalanma ilə, yavaş-yavaş və mütəmadi məşqlərlərlə bərabər arıqlamağın tərəfdarıdırlar.

Digər yandan, su orucunun bir çox xroniki  xəstəlik riskini azalda biləcəyi mövzusunda araşdırmalar da mövcuddur. Ancaq bu mövzuda dəqiq nəticələrə tam nail olunmayıb.

İbn Sinanın xəstələrinə 3 günlük şəfa orucunu tətbiq etdiyi söylənilir. Bununla bərabər bəzi cəmiyyətlərdə su orucunun fizioloji təmizlənmə ilə yanaşı, psixoloji təmizlənmə təmin etdiyinə də inanılır.

Günümüzdə isə müasir yaşamımıza sızan toksik maddələrə qarşı su orucu qorunma vasitəsi kimi düşünülür. GMO-lu qidalar, kanserogen maddələr, qeyri-sağlam ərzaqlara qarşı vücudumuzun su orucu ilə təmizləməsi fikri qulağa xoş gəlsə də, hələ ki, bu mövzuda kifayət qədər araşdırmalar yoxdur.

Su orucu kimlərə məsləhət deyil?

Su orucu hər kəsə məsləhət deyil. Xüsusilə yaşlılar, 18 yaşdan aşağı şəxslər su orucu tutmamalıdır. Bundan başqa, yemə pozuntusu yaşayanlara, artıq çəkililərə, hamilə və ya əmizdirən qadınlara, ürək xəstəliyi, miqreni olanlara tövsiyə olunmur. Mütəmadi olaraq dərman istifadə edənlər isə mütləq həkimlə danışmalıdır.

Su orucunun zərərləri

Bəzi faydaları olsa da, su orucu sağlamlıqla bağlı bəzi risklər daşıyır.

Zərərləri:

Yanlış formada arıqlaya bilərsiniz. Su orucu ilə sürətli və həddindən çox arıqlayarsınız. Araşdırmalar 24-72 saatlıq su orucunda hər gün 0,9 kq ata biləcəyini göstərir. Lakin təəssüf ki, atdığınız çəkinin bir çoxu su, karbohidrat və əzələlərinizdən ibarət ola bilər. Dolayısı ilə su orucu buraxıldıqdan sonra əzələ itkisi ola bilər.

Bununla yanaşı yaranacaq digər təhlükələr:

– İnsulin müqaviməti və diabet riski artar.

– Mineral və vitamin itkisi ilə bağlı şikayətlər arta bilər.

– Halsızlıq və yorğunluq əsəbiliklə birlikdə özünü göstərir.

– Erkən yaşlanmaya səbəb ola bilər.

– Su orucu bəzi sağlamlıq problemlərini pisləşdirə bilər.

– Su orucu qısa bir zaman üçün tutulmasına baxmayaraq bəzi xəstəliklər üzərində pis nəticələr ortaya çıxara bilər.

– Xroniki böyrək çatmazlığı olan xəstələrin böyrəklərinə daha çox zərər verə bilər.

– Bədən hər hansı bir qida olmadan həzm üçün mədə turşusu istehsal etməyə davam edə bilər və bu, mədə qıcqırmasına səbəb olar.

Bütün bu məlumatlardan belə bir nəticə ortaya çıxır ki, su orucu hər nə qədər faydalı olsa da, müəyyən problemlərə də səbəb ola bilər. Buna görə də su orucu tutmaq istədikdə mütləq həkimlə məsləhətləşin.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər