STM-in direktoru 1 nömrəli Xəstəxana və Perinatal Mərkəzdə mövcud vəziyyətlə tanış olub

565
Sumqayıt Tibb Mərkəzinin direktoru (STM) Elnur Azadxanov 1 nömrəli Xəstəxanada və Perinatal Mərkəzdə mövcud vəziyyətlə yerində tanış olub.
STM-dən sumqayitxeber.com-a verilən xəbərə görə, yeni təyin olunan direktor Elnur Azadxanov 1 nömrəli Xəstəxananın Təcili yardım, Cərrahiyyə, Reanimasiya, Kardiologiya, Hemodializ, Poliklinika, Radiologiya, Laboratoriya və digər şöbələrin fəaliyyəti ilə maraqlanıb. O, stasionar xidmətlərin həyata keçirildiyi palataların hazırki vəziyyətinə diqqət yetirib. Pasiyentlərin qidalanması üçün nəzərdə tutulmuş yemək rasionlarının çeşid müxtəlifliyi, keyfiyyəti və hazırlanması ilə tanış olub.
Sonra E.Azadxanov Perinatal Mərkəzdə olub. Direktor xidmət keyfiyyətinin yüksəldilməsi, ana və uşaq sağlamlığının təmin olunmasına diqqətin artırılması, pasiyent məmnunluğunun təmin edilməsi istiqamətində işlərin gücləndirilməsinin vacibliyini bildirib.
Direktor müəssisələrdə tibbi personalın bacarıqlarının, fərdi praktik vərdişlərin təkmilləşdirilməsi, eyni zamanda müasir yanaşmaların beynəlxaq standart və protokollara uyğun tibbi xidmətin davamlı təşkili üçün müvafiq tapşırıqlar verib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər