“Su da məni kökəldir” bəhanəsinə sığınanların 10 ƏN BÖYÜK SƏHVİ

4568
Artıq çəkidən əziyyət çəkən insanların sığındığı bəzi bəhanələr var ki, onlardan bir neçəsi ən məşhurudur: “Nə etsəm də çəkim artır”. “Su da məni kökəldir”. “Heç nə yemirəm, yenə də arıqlamıram”.
Bunlar təbii ki, bəhanələrdir. Dietoloqların sözlərinə görə, düzgün və sağlam şəkildə pəhriz saxlayan insan mütləq arıqlayır.
Bəs arıqlamayan insanlar harada səhv edir ki, çəki itirə bilmirlər?
sumqayitxeber.com Medicina.az-a istinadən pəhriz zamanı ən çox edilən 10 səhvi təqdim edir:
1.Çörəyi rasiondan çıxarmaq
Bədənimizin başlıca enerji qaynağı karbohidratlardır. Çörək isə dietadakı ən önəmli karbohidrat qaynaqlarından biridir. Xalq arasında gəzən “çörəyi kəs, arıqlayacaqsan” deyiminin heç bir elmi əsası yoxdur. Çörəksiz edilən dieta zamanı insan bədəni lazımi karbohidratı  qəbul etmədiyi üçün tez-tez yorğunluq, halsızlıq, baş gicəllənməsi və diqqət dağınıqlığı yaşanır.
2.Kifayət qədər su qəbul etməmək
İnsan bədəninin 59%-i sudan ibarətdir. Maddələr mübadiləsinin normal fəaliyyət göstərməsi üçün vücudun suya ehtiyacı var. Qida maddələrinin hüceyrələrə çatdırılmasında və yaranan toksiki maddələrin tər və ya sidik yolu ilə bədəndən xaric olunmasında su böyük  önəmə malikdir. Gündəlik qəbul edilən hər karbohidrat  üçün 1ml su qəbul edilməlidir.
3.İdman etməmək
Gündəlik 30 dəqiqə idman etmək piy toxumalarının azalmasına, əzələ toxumasının artmasına, sümüklərin möhkəmləməsinə, təzyiq və xolesterolun aşağı düşməsinə təsir edir. Xüsusi ilə də arıqlamaq üçün dieta edən insanlarda tez-tez görülən qəbizliyin qarşısının alınmasına da kömək edir.
4.Rejimsiz yemək saatları
Maddələr mübadiləsini müəyyən bir sistemə salmaq vacibdir. İnsan hər gün eyni vaxtda yemək yeyərək iştahı nəzarət altında saxlaya bilər. Həftəsonları gec yeyilən səhər və axşam yeməkləri sizin həftə içi rejiminizi pozaraq maddələr mübadiləsinin sürətini yavaşladır.
5.Uzun müddət saxlanılan aşağı kalorili pəhrizlər (aclıq dietaları)
Dəb dietalarından biri olan aşağı kalorili pəhrizin ən böyük zərərlərindən biri maddələr mübadiləsinin sürətini yavaşlatmasıdır. Bir müddət sonra maddələr mübadiləsi az enerji qəbuluna öyrəşəcək və aclıq, toxluq hormonları da bu vəziyyətdən təsirlənəcək. Bu cür dietalar dayandırıldığı an dieta zamanı itirilən çəkinin çox hissəsi yenidən qazanılır.
6.Real hədəflər qoymamaq
Dietaya başlayarkən “bir həftə içində beş kilo verəcəyəm” , “bir ayın sonunda on beş kilo getmiş olacaq” kimi utopik hədəflər qoymaq dieta müddətinin sonunda ciddi xəyal qırıqlıqlarına, depressiyalara və motivasiya əksikliyinə  yol açır. Sağlam olan hədəflər isə bir həftəyə 0.5-1 kq, bir aya isə 2-4 kq çəki itirməkdir.
7.Az və ya çox yatmaq
Nizamlı və kifayət qədər yuxu çəki itirmə müddəti ilə əlaqəli bir faktordur. Kifayət qədər yuxu almayan insanlar itirdikləri enerjini yeməklərdən geri almağa meyl edəcəklər. Daha çox yatanlar isə gündəlik fəaliyyətlərini azaltdıqları üçün enerji istifadəsi də azalır. Yəni hər iki vəziyyətdə də insanda çəki artımı baş verəcək.
8.Çox miqdarda “light” (yüngül) qida istifadəsi
Yağ və karbohidratı azaldılmış light qidalara dadlandırıcıların əvəzinə başqa qida əlavələri vurulur. Bu səbəbdən  onların istifadəsi də sərhədsiz olmamalıdır. Yoxsa nəticədə yenə çəki artımı olacaq.
9.”Yemərəm, arıqlayaram” məntiqi 
Sağlam bəslənməyərək və yeməkdən imtina edərək əlbəttə ki, arıqlamaq mümkündür, ancaq bu şəxslərdə əzələlərdə və bədəndə su itkisi yağ itkisindən daha çox müşahidə olunur. Eyni ilə aşağı kalorili dietalarda olduğu kimi maddələr mübadiləsi yavaşlayır və dieta sonunda verilən kilolar yağ olaraq bədənə geri dönür.
10.Möcüzəvi bir qida ilə arıqlayacağına inananlar
Hər birimiz internetdə gəzişərkən rast gəlmişik
“Bu qarışımdan istifadə et, 1 həftəyə üç kilo arıqla”
“Çay ilə yağları yandır”
“Möcüzəvi …  suyu”
Bu siyahıda  bir çox  çaylar, həblər və s. də var.
Təəssüf ki, heç bir qida, çay, qarışım, həbin  tək istifadəsi  dietada möcüzələr yaratmır. Dieta bir az da səbir işidir. Sağlam şəkildə çəki itirmək üçün sağlam qidalarla və həkim nəzarəti altında pəhriz saxlamaq lazımdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər