Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
Sumqayitxeber.com report-a istinadən xəbər verir ki, hadisə Pirşağı yolu ərazisində qeydə alınıb.
İlkin məlumata görə, A.Rzayevanın idarə etdiyi “Nissan” markalı avtomobil digər nəqliyyat vasitəsilə toqquşub. Nəticədə hakim hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
“Unikal” xatırladır ki, Aynur Rzayeva şəhid övladıdır. O bu vəzifəyə 2022-ci ildə Prezident İlham Əliyevin “Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında” sərəncamı ilə təyinat almışdı.


Müzakirə qapadılmışdır.