Sumqayıt Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin olunacaq – SİYAHI

636

Gəncə, Sumqayıt, Şəki və Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin olunacaq.

sumqayitxeber.com xəbər verir ki, bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik təklif olunur.

Dəyişikliklə Şəki Apellyasiya Məhkəməsinin hakimi Ayaz Akif oğlu Mahmudov vəzifəsindən azad edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək.

Aşağıdakı şəxslər də Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin olunacaq:

– Rəhimli Lalə Elxan qızı – Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi;

– Cabbarova Gülnar İnqilab qızı – Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi;

– İsmayılov Azər İbrahim oğlu – Sumqayıt Şəhər Məhkəməsinin hakimi;

– Süleymanova Almaz Məhərrəm qızı – Sumqayıt Şəhər Məhkəməsinin hakimi;

Layihəyə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızı vəzifələrindən azad edilir.

Qanuna dəyişiklik layihələri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra layihə parlamentin plenar iclasına tövsiyə olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər