Sumqayıt Apellyasiya Məhkəməsində intihara cəhd hadisəsi baş verib.
Trend-in məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.Vəkil bildirib ki, Sumqayıt Apelyasiya Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə inzibati icraat aparılan Əliyeva Günay Aqil qızı hakim Rəşadət Ağayevin qərarına etiraz edərək hər iki biləyini ülgüclə kəsib”.
Vəkil qeyd edib ki, G. Əliyeva Abşeron Rayon Məhkəməsinin qərarı ilə 1000 manat cərimə edilib. O qərarla razılaşmayıb və apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Rəşadət Ağayev isə qərarda dəyişiklik edərək 1000 manat cərimə cəzasını 10 sutka inzibati həbslə əvəz edib.
Sumqayıt Tibb Mərkəzindən Trend-ə verilən məlumata görə, G. Əliyeva bu gün hər iki biləyinin kəsilmiş yarası ilə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub: “Yaralıya ilkin tibbi yardım göstəriləndən sonra o ambulator müalicəyə buraxılıb.
Müzakirə qapadılmışdır.