“Sumqayıt Aşqarlar” ASC-nin Rəhbərliyi növbədənkənar ümumi yığıncağı keçiriləcəyi ilə bağlı elan edir.
FED.az xəbər verir ki, yığıncaq 28 sentyabr 2024-cü il tarixində, saat 10:00-da Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ünvanında yerləşən “Sumqayıt Aşqarlar” ASC-nin inzibati binasındabaş tutacaq.
1. “Sumqayıt Aşqarlar” ASC-nin Direktorlar Şurasının üzvlərinin və Direktorlar Şurasının Sədrinin seçilməsi;
2. “Sumqayıt Aşqarlar” ASC-nin Baş Direktorunun təyin olunması.
Növbədənkənar ümumi yığıncaq iştirakçılarının qeydiyyatı saat 09:00-da başlanır.
Yığıncaq saat 10:00-da başlanır.
Qeydiyyat üçün pasport və ya şəxsiyyətinizi təsdiq edən digər sənəd təqdim olunmalıdır.
Səhmdarların növbədənkənar ümumi yığıncağında şəxslər özləri və ya notarius tərəfindən təsdiq edilmiş etibarnamə əsasında nümayəndələri iştirak edə bilər.
Növbədənkənar ümumi yığıncağın gündəliyində duran məsələlər ilə əlaqədar Cəmiyyətin hüquqşunası N.İ.Behbudova müraciət etmək olar.
Əlaqə telefonu: (051) 873-40-13
Müzakirə qapadılmışdır.