Sumqayıt ayparaçılarının yeni sədri seçilib

568

YAP Sumqayıt şəhər təşkilatının akt zalında Qızıl Aypara Cəmiyyətinin Sumqayit şəhər bölməsinin hesabat-seçki konfransı keçirilib. Ümummilli Liderin binanın foyesindəki büstü ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

AZƏRTAC xəbər verir ki, konfransda Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Regional Mərkəzinin koordinatoru Mətanət Məhərrəmova 2021-2024-cü illər üzrə Sumqayıt şəhər bölməsinin fəaliyyətini əks eydirən hesabatı təqdim edib. Həmçinin bölmənin maliyyə hesabatı dinlənilib. Hər iki hesabat ətrafında çıxışlarda bölmənin üç ildə gördüyü işlərə qiymət verilib. Sonra təşkilati məsələlərə baxılıb. Acıq səsvermə yolu ilə Şəhriyar Mircəfər oğlu Əliyev bölmənin sədri və Lalə Rəhman qızı Cəlilzadə sədr müavini seçiliblər. Nizamnaməyə əsasən İdarəetmə şurasının heyəti, mandat və maliyyə komissiyasının üzvləri seçilib. Həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXVII Baş Məclisinə 5 nəfərdən ibarət nümayəndə seçilib.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov humanizm və könüllülük prinsipinə əsaslanaraq xeyriyyəçilik sahəsində fəaliyyət göstərən, dövlətin və xalqın dəstəyinə arxalanaraq humanitar problemlərin həllində fəal iştirak edən Cəmiyyətin şərəfli inkişaf yolundan, yaranma tarixindən, göstərdiyi səmərəli fəaliyyətdən danışıb. O, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yeni inkişaf dövrünə qədəm qoyduğunu qeyd edib. Həmçinin son illər Cəmiyyətin statusunun, fəaliyyət istiqamətlərinin, hüquqi əsaslarının müəyyən edilməsi baxımından mühüm addımlar atıldığını vurğulayıb.

Sumqayıt şəhər bölməsinin fəaliyyətindən danışan Cəmiyyət rəhbəri onun fəaliyyətini yüksək qiymətləndirib.

Sonra uzun illər bölmə ilə əməkdaşlıq edən təşkilatlara Cəmiyyətin fəxri fərmanı təqdim edilib.

Konfrans “Aypara” himninin səsləndirilməsi ilə başa çatıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər