Sumqayıt Basketbol Klubu Azərbaycan Kubokunda 1/4 finala yüksəldi

183

Sumqayıt Basketbol Klubu Azərbaycan Kubokunun 1/8 final mərhələsində səfərdə ötən mövsümün çempionu NTD Baku komandası ilə qarşılaşıb. Gərgin və baxımlı keçən görüş Sumqayıt təmsilçisinin 116:94 hesablı qələbəsi ilə başa çatıb.

Bu inamlı qələbə sayəsində Sumqayıt BK Azərbaycan Kubokunda 1/4 final mərhələsinə vəsiqə qazanıb. Komanda oyunun gedişində üstün oyun nümayiş etdirərək matçın əksər hissəsində təşəbbüsü əlində saxlayıb və hesab fərqini mərhələli şəkildə artırıb.

Qeyd edək ki, Sumqayıt Basketbol Klubu növbəti mərhələdə yarımfinal uğrunda mübarizəni davam etdirəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər