Sumqayıt Bələdiyyə parkında genişmiqyaslı iməcilik aksiyası keçirilib

387

Yay mövsümünün başlanması ilə əlaqədar olaraq Sumqayıt Bələdiyyəsinin təşəbbüsü və təşkilatçılığı ilə Sumqayıt Bələdiyyə parkında yaşıllıqların qorunması, abadlıq işlərinin aparılması və ekoloji tarazlığın gücləndirilməsi məqsədilə genişmiqyaslı iməcilik aksiyası həyata keçirilib.

Tədbirdə bələdiyyə əməkdaşları ilə yanaşı, Mənzil Kommunal Təsərrüfatı İdarələrinin əməkdaşları da fəal iştirak ediblər. Aksiya çərçivəsində park ərazisində ağacların budanması və qurumuş budaqların təmizlənməsi, ağacların əhənglənməsi, yaşıllıqların sulanması və torpaq qatının yumşaldılması işləri yerinə yetirilib. Eyni zamanda yeni ağac tingləri əkilib, parkdakı skamyalar yenidən rənglənib və təmir-bərpa işləri aparılıb. Ətraf ərazi tullantılardan təmizlənib, sanitariya vəziyyəti yaxşılaşdırılıb.

Qeyd edək ki, bu tədbir yalnız mövsümi iməcilik xarakteri daşımır, həm də şəhərin ekoloji mühitinə göstərilən davamlı qayğının bariz nümunəsidir. Sumqayıt Bələdiyyəsi bu kimi ekoloji və abadlıq yönümlü təşəbbüslərin yay ayları boyunca da davam etdirilməsini planlaşdırır.

Şəhər mühitinin sağlam, yaşıl və cəlbedici saxlanılmasına yönəlmiş bu aksiyalar vətəndaşlarda ekoloji məsuliyyət hissinin artırılmasına da xidmət edir. Sumqayıt Bələdiyyəsi bütün sakinləri bu təşəbbüslərə qoşulmağa və şəhərimizin daha da gözəlləşməsinə töhfə verməyə dəvət edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər