Sumqayıt bələdiyyəsi əvvəlki inamı geri qaytarır

946

Son vaxtlar bələdiyyələr daha çox neqativ hallarla gündəmə gəlirlər. Hətta Kütləvi İnformasiya Vasitələrində və xalq arasında da bu qurumun işlərindən çox yazılır və deyilir. Amma mən bu fikirlə razı deyiləm. Yəni bütün işləri bələdiyyələrin üstünə atmaq olmaz. Hansı rayonlarda bələdiyyələr yaxşı işləmirsə, deməli, elə həmin rayonların müvafiq qurumlarının fəaliyyətində çatışmamazlıqlar var. Əgər bir rayonun rəhbəri yaxşı təşkilatçı deyilsə, öz işlərini düzüb-qoşa bilmirsə, həmin vaxt bütün təşkilatlar kimi, bələdiyyələr də yaxşı işləməyəcəklər…

2015-ci ilin sentyabr ayından Sumqayıt şəhərinə rəhbərlik edən Zakir Fərəcov özü işləyən, qurucu, yaradıcı insan olduğuna görə, bütün təşkilatlar kimi Bələdiyyənin də işini dirçəltdi. Çünki o, özü 1999-cu ildə Sumqayıt şəhərinin ilk Bələdiyyə sərdi seçildiyi vaxtdan 2005-ci ilə kimi bu quruma rəhbərlik etdiyi müddətdə bu şəhər üçün çox işlər gördü. Hətta Bələdiyyənin parkını yaratdı. Şəhərin abadlıq, qurusuluq işlərində çox yaxından iştirak etdi. Dünyanın bir neçə xarici ölkələri ilə Sumqayıt Bələdiyyəsinin müştərək işlərini qurdu. Həmin vaxtlar Sumqayıt camaatı Bələdiyyə üzvlərinə çox inanır və onların gördüyü işləri dəstəkləyirdilər. ..

Aprel ayından Sumqayıta Sultan Əsədovun Bələdiyyənin sədr seçilməsi bu qurmun işlərini canlandırıb. Sultan Əsədov özü başda olmaqla bələdiyyə üzvləri bütün sahələrdə Sumqayıt şəhər rəhbərliyinə köməklik edir və şəhərin abadlıq-quruculuq işlərində əllərindən gələni edirlər. Onların axırıncı 3-4 ayda gördüyü elə bir neçə işi sadalamaq kifayətdir və bununla da Sumqayıt Bələdiyyəsinin işlərinə qiymət vermək olar.

Bələdiyyə parkında abadlıq işləri aparılır

Zakir Fərəcovun Bələdiyyə sədri olduğu vaxt onun ideyası və təşkilatçılığı ilə yaradılan Sumqayıt Bələdiyyə Parkı bir vaxtlar sumqayıtlıların ən çox istirahət etdiyi park idi. Axır vaxtlar isə bu park çox pis görkəmdə idi. Amma Sultan Əsədov Bələdiyyə sədri seçiləndən sonra Sumqayıt Bələdiyyə Parkında abadlıq-quruculuq işləri davam etdirildi. Belə ki, parkın ərazisində yerləşən fontan sökülərək tamamilə yenidən quruldu. Parkda 50 ədəd palma ağacı və 5000 ədəd gül əkildi və başqa yaşıllıqlara da qulluq olunmağa başlanılıdı. Onu da vurğulamaq istəyirik ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun göstərişi ilə artıq 10 aydır ki, bütövlükdə şəhərdə yaşıllaşdırma işləri aparılır, payız-yaz əkin mövsümündə şəhərin küçə, xiyaban və parklarında 1 milyondan çox gül, 500-dən artıq palma ağacı, digər ağac və kollar əkilib. Bu işlər yenə də sürətlə davam edir. Bütün bu işlərə də Sumqayıt şəhər Mənzil Təsərrüfatı Birliyinin baş direktoru Rahim Mustafayev başda olmaqla, Sumqayıt Bələdiyyəsi də yaxından köməklik edir. Bələdiyyə sədri və üzvləri, Sumqayıt şəhər Təhsil Şöbəsi, Sumqayıt şəhər Səhiyyə Şöbəsi, Ağsaqqallar Şurası və başqa təşkilatlarla məhəllələrdə, qəsəbələrdə Sumqayıt sakinləri ilə görüşlər keçirir, insanları bu şəhərdə görülən abadlıq-quruculuq işlərinə, əkilən ağaclara, gül kollarına qulluq etməyə, onları göz bəbyi kimi qorumağa və öz şəhərlərini sevməyə rurhlandırırlar. Axı bu şəhəri quranlar Sumqayıtda vaxtı ilə hər şeyi möhkəm qoruyur və şəhərin inkişafına, abadlığına əllərindən gələri edirdilər.
Bələdiyyə parkında iməclik
Sumqayıt Bələdiyyə Parkı və Nəsimi adına Dənizkənarı park baxımsızlıq ucbatından pis vəviyyətə düşmüşdü. Bu parklarda işləri yaxşılaşdırmaq üçün və şəhər camaatının öz şəhərlərinin quruculuğuna marağını artıqmaq məqsədi ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun ideyası ilə Sumqayıtda tez-tez iməciliklər keçirilir. Şəhər camaatı da bu iməciliklərdə böyük həvəslə iştirak edirlər. Bu iməciliklərdən ən böyüyü Ümummilli Lider Heydər Əliyevin anadan olması münasibəti ilə Sumqayıtda ümumşəhər iməcliyi keçirildi. Bu işdə Sumqayıt Bələdiyyəsi də çox yaxından iştirak etməklə yanaşı, şəhər camaatı arasında da bu müqəddəs işə böyük maraq yaratdı. Bax bu İcra Hakimiyyəti ilə Bələdiyyənin əsl müştərək işi deməkdir. Ona görə də Sumqayıt Bələdiyyə Parkında da bələdiyyə işçiləri ilə yanaşı, şəhərin bir sıra strukturlarının əməkdaşlarının iştirakı ilə iməclik işləri aparıldı və bu iş yenə də davam etdirilir. Məlumat üçün onu da bildirmək istəyirəm ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun Sumqayıt şəhərinin yaşıllaşdırılması məqsədi ilə verdiyi göstəriş və tapşırıqlara uyğun olaraqdemək olar ki, hər gün şəhərin bütün küçə və xiyabanlarında yaşıllıqlar salınır, qazon və güllər əkilir. Bütün bu işlərin də əsas aparıcısı Sumqayıt şəhər Mənzil Təsərrüfatı Birliyi olsa da başqa təşkilatlar da onlara köməklik edirlər. Sumqayıt Bələdiyyəsinin sədri Ankarada keçirilən “Azərbaycan gecəsi”ndə iştirak edib Zakir Fərəcovun Sumqayıt Bələdiyyəsinə rəhbərlik etdiyi vaxtlar bir sıra xarici ölkələrin bələdiyyələri ilə işbirliyi qurulmuşdu. Yeni seçilən sədr Sultan Əsədovun ali məqsədlərindən biri həmin işləri dirçəltmək və davam etdirməkdir. Elə bu məqsədlə onun Ankaranın Keçiörən rayon bələdiyyəsinin təşkilatçılığı ilə keçirdiyi 7-ci Beynəlxalq Ramazan Festivalı çərçivəsində sumqayıtlılar da Azərbaycan gecəsi təşkil ediblər. Bu münasibətlə Sumqayıt Bələdiyyəsinin təşkilatçılığı və Türkiyədəki səfirliyimizin dəstəyi ilə festivalın keçirildiyi sahədə qurulan “Azərbaycan evi”nin açılışı olub. Açılış mərasimində səfirliyimizin əməkdaşları, Ankaradakı diplomatik nümayəndəliklərin rəhbərləri, QHT, KİV, ölkə ictimaiyyətinin təmsilçiləri, eyni zamanda Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov və bir neçə bələdiyyə üzvü iştirak ediblər. Keçiörən rayon bələdiyyəsinin sədri Mustafa Ak, Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu, Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov və Ankaradakı səfirliyimizin müşaviri Ramil Qurbanov mərasimdə çıxış ediblər. Çıxış edənlər Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən danışıblar. Bu ənənəvi festivalda “Azərbaycan evi”nin qurulması iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinə dair daha bir nümunə kimi dəyərləndirilib. Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov Keçiörən Bələdiyyəsi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Həm də bu əlaqələrin hər iki Bələdiyyə üçün faydalı olduğunu, əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edib. Ziyarətçilərə “Heydər Əliyev” və “İlham Əliyev” kitabları ilə yanaşı, “İrs-Miras” və “Diplo Atlas” jurnalları, Azərbaycan həqiqətlərini təbliğ edən digər əyani vəsaitlər hədiyyə olunub. Azərbaycan gecəsi ölkəmizi təmsil edən muğam qrupunun ifası ilə davam etdirilib. Gecədə əsl bayram coşqusu yaşanıb. Əllərində iki qardaş ölkənin dövlət bayraqlarını dalğalandıran iştirakçılar Azərbaycan-Türkiyə qardaşlığına olan tükənməz sevgi və məhəbbətlərini müxtəlif şüarlarla ifadə ediblər.

Sumqayıt Bələdiyyəsi jurnalistləri mükafatlandırdı

Sumqayıt Bələdiyyəsi iyul ayında daha maraqlı bir iş görüb. Sumqayıt şəhərinin yeni səlnaməsinin yazılması və gələcək nəsillər üçün qalmasına görə Bələdiyyə sədrinin təşəbbüsü ilə Azərbaycan mətbuatının yaranmasının 141 illiyi və Sumqayıt Bələdiyyəsinin jurnalistlər üçün elan etdiyi “Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi yazı müsabiqəsi keçirdi. Bu müsabiqəyə 50-dən çox jurnalist qatılmışdı. Və onların hər biri cəmi 10 ayda Sumqayıtda aparılan böyük miqyaslı quqrculuq-abadlıq işlərini özlərinin fərdi yazıları ilə mətbuat səhifələrində işıqlandırırdılar. Həm də bu yazıları Bələdiyyənin keçirdiyi müsabiqəyə rəqdim etdilər. Beləliklə, tanınmış, təcrübəli jurnalistlərdən, ziyalılardan, bələdiyyə işçilərinindən təşkil olunmuş böyük heyyətdə münsiflər heyyətinin üzvləri həmin yazılara qiymət verərək qalibləri müəyyənləşdirdilər.

İyul ayının 22-də mətbuat günü qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirildi. İlk öncə Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov mətbuat işçilərini peşə bayramı münasibəti ilə təbrik etdi, onlara çətin və şərəfli işlərində uğurlar dilədi. Sədr ölkəmizdə demokratik dəyərlərin möhkəmlənməsi, söz və mətbuat azadlığının təmin olunması istiqamətində prezident İlham Əliyevin rəhbərliyi altında mühüm işlər görüldüyünü, ardıcıl islahatların aparıldığını bu tədbirə toplaşanların diqqətinə çatdırdı. Sumqayıtın sosial-iqtisadi inkişafı barədə danışan Sultan Əsədov şəhərin son 10 ay ərzində yeni inkişaf mərhələsinə daxil olduğunu, şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun başçılığı ilə şəhərdə olduqca mühüm layihələrə başlanıldığını, əsaslı yenidənqurma və abadlıq işlərinin görüldüyünü diqqətə çatdırdı. Həyata keçirilən işlər barədə ətraflı məlumat verən Bələdiyyə sədri bu işləri ardıcıl olaraq işıqlandırdığına görə jurnalistlərə təşəkkürünü bildirdi.

Daha sonra müsabiqə qaliblərinin mükafatlandırılması olub. Beləliklə, Sumqayıt Bələdiyyəsi jurnalistlər üçün 22 iyul Mətbuat Günü münasibəti ilə “Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi yazı müsabiqəsinin qaliblərini açıqladı.

Birinci yerin qalibi “Xalq” qəzetinin əməkdaşı Əli Nəcəfxanlı oldu. İkinci yerin qalibi “Azad Azərbaycan” qəzetinin əməkdaşı Ağalar İdrisoğlu oldular.

Bundan əlavə, daha 20-dən artıq jurnalist Sumqayıt Bələdiyyəsinin mükafatına layiq görüldü. Tədbirdən sonra jurnalistlər üçün Sumqayıt turu təşkil edildi, media təmsilçiləri şəhərdə aparılan abadlıq-quruculuq işləri ilə daha yaxından tanış oldular. Sonra onlar Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının təşəbbüsü ilə təşkil olunmuş tədbirdə öz bayramlarını davam etdirdilər.


Biz artıq qətiyyətlə deyə bilərik ki, Sumqayıt Bələdiyyəsi böyük işlərə başlayıb. Onlar şəhər rəhbərliyinə əllərindən gələn köməklikləri etməklə, tezliklə şəhər camaatı tərəfindən əvvəlki inamı bərpa edəcəklər.
Azadə MƏHƏMMƏDQIZI, sia.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər