Sumqayıt Şəhər Bələdiyyəsində Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüş keçirilib.
Bələdiyyə sədri Sultan Əsədov 1941-45-ci illərdə xalqımızın mərd oğul və qızlarının müharibənin ən qaynar nöqtələrində şücaətlər göstərdiklərini, onların çoxunun qəhrəmancasına həlak olduqlarını söyləyib. Müharibənin bitməsindən və qazanılan qələbədən 72 il örtməsinə baxmayaraq bu tarixin dövlətimiz tərəfindən hər il yüksək səviyyədə qeyd olunduğunu bildirən S.Əsədov bu siyasətin ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edildiyini və onun siyasi məktəbinin yetirməsi, layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Sədr ötən ilin aprel ayında Azərbaycan ordusunun cəbhə xəttində düşmənin təxribatına verdiyi layiqli cavabı xatırladaraq tezliklə Dağlıq Qarabağ münaqişəsində qələbəni qeyd edəcəyimizə əminliyini ifadə edib.
S.Əsədov son 1 il yarım ərzində Sumqayıtda həyata keçirilmiş layihələr, şəhərin yenidənqurma və abadlaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verib.
Çıxış edən veteranlar diqqət və qayğıya görə Sumqayıt Şəhər Bələdiyyəsinə minnətdarlığını bildiriblər.
Müzakirə qapadılmışdır.