Sumqayıt Bələdiyyəsinin təşəbbüsü ilə Qurban Bayramında şəhid və qazi ailələri ilə görüş olub

394

Qurban bayramı münasibətilə Sumqayıt Bələdiyyəsi şəhər ərazisində yaşayan şəhid ailələri, qazilər, aztəminatlı ailələr, sosial sahədə çalışan işçilər və bələdiyyə əməkdaşlarını diqqətdən kənarda qoymayıb.

Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov, bələdiyyə üzvləri və aparatın əməkdaşları şəhid ailələrinin evlərini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar və bayram sovqatları təqdim ediblər.

Adil Xudadatov bildirib ki, Sumqayıt Bələdiyyəsi şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğını öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Dövlətimizin bu kateqoriyadan olan vətəndaşlara göstərdiyi yüksək ehtiram Sumqayıt şəhərində də ardıcıl şəkildə davam etdirilir.

Bələdiyyə tərəfindən şəhid ailələri və qazilər mütəmadi olaraq ziyarət olunur, onların sosial-məişət problemlərinin həllinə dəstək göstərilir. Ailə üzvlərinin məşğulluğu, təhsili, sağlamlığı və digər gündəlik ehtiyacları daim diqqət mərkəzində saxlanılır.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər