15-17 iyul tarixlərində Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Fərid Ələkbərovun da daxil olduğu nümayəndə heyəti Vyetnam Sosialist Respublikasında rəsmi səfərdə olub. Səfərdə ölkəmizin bir sıra dövlət qurumlarının rəhbərləri və iş adamları da iştirak ediblər.
Zəngin proqram çərçivəsində iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, ticarət, nəqliyyat və turizm sahələrində ikitərəfli əməkdaşlığı əhatə edən anlaşma memorandumları imzalanıb və strateji tərəfdaşlığa dair yekun protokol qəbul edilib.
Səfər çərçivəsində Sumqayıt şəhəri ilə Vyetnamın Bak Nim vilayəti arasında dostluq və qardaşlıq münasibətlərinin qurulmasına yönəlmiş ilkin razılaşmalar əldə olunub. Vilayət rəhbərliyi ilə keçirilən məhsuldar görüşlərdə müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirə qapadılmışdır.