Sumqayıt Bulvarına yeni marşrut xətti açıldı

6904

Sumqayıtda 12A marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edildi

Sumqayıt şəhərində sərnişindaşımada vətəndaşların rahatlığını təmin etmək məqsədilə 12A nömrəli marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilib.

Yeni qərara əsasən, 12A marşrutu Stansı Sumqayıt ərazisindən başlayaraq Bulvar istiqamətində hərəkət edəcək. Sülh prospekti boyunca irəliləyən avtobus “Dord Qardaş” restoranının qarşısından keçərək Sumqayıt Bulvarına daxil olacaq və bulvarın sonuna qədər hərəkət edəcək. Daha sonra avtobus əvvəlki marşrut xətti üzrə geri qayıdacaq.

Bu yenilik Sumqayıt sakinlərinin şəhərin əsas istirahət və əyləncə məkanlarından biri olan Bulvar ərazisinə daha rahat və sürətli çatmasını təmin edəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər