Sumqayıt bulvarında genişləndirmə işlər sürətlə aparılır - VİDEO

1068

Hazırda 4,2 kilometr uzunluğunda və 106 hektar olan bulvarın ərazisi daha bir kilometr genişləndirilir.

Ərazidə uşaqların mənalı istirahətini təmin etmək məqsədilə uşaq əyləncə mərkəzlərinin, fəvvarənin, müxtəlif attraksionların quraşdırılması nəzərdə tutulub.Yeni ərazidə  çimərlik zonası salınacaq, 292 ədəd istirahət otağının da inşa edilməsi planlaşdırılır.

Bununla yanaşı,  genişləndirilən ərazidə 40 min kvadratmetr gəzinti zolağı, 16 metr enində yol və yaşıllıq zolağı salınacaq. Bu yol Səməd Vurğun küçəsinə birləşdiriləcək.

Bulvarın ərazisi genişləndirilən ikinci hissəsi bu ilin noyabr ayında əhalinin istifadəsinə veriləcək.

Xatırladaq ki, uzunluğu 4,2 kilometr olan Sumqayıt bulvarı 2016-cı ildə salınıb.

Bulvar ərazisində tikilməkdə olan Muğam Mərkəzində də işlər sürətlə aparılır.

sumqayitxeber.com Bulvardan hazırlanmış video reportajı təqdim edir:

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Rəvanə
    Avqust 8, 2019 - 11:13

    Sumqayıt 4 ildə çox dəyişdi. Bulvar isə xüsusilə bir gözəllik verir şəhərimizə. Zakir müəllim çox böyük işlər gördü şəhərimiz üçün! Görülən işlərə görə təşəkkür edirik!

  • Nurane
    Avqust 8, 2019 - 11:14

    Muğam mərkəzi çox sürətlə tikilir. 2 ay öncə fundamenti qoyulmuşdu. İnşallah gedib muğam dinləyərik

  • Fexredin Memmedov
    Avqust 8, 2019 - 11:16

    Sumqayitda bu qeder isler gorulur. Bezi aqzigoycekler de aqillarina geleni danisirlar, ser bohtan atmaqla Sumqayitimizi gozden salmaqa calisirlar. Amma buna nail ola bilmeyecekler. Sumqayit deyisir, gozellesir, inkisaf edir! Inaniriq ki daha da gozellesecek! Var olsun olke prezidenti ve seher rehberi ki Sumqayita bu qeder diqqet gosterirler!

  • Reyhan Eliyeva
    Avqust 8, 2019 - 11:18

    Yeni bulvarda uşaqlar üçün atraksionlar çox olsa yaxşı olar, bir də idman qurğuları. Çox gözəl bulvarımız var, sakinlərimiz də təmiz saxlasa, qorusa lap yaxşı olar.

  • Sahib
    Avqust 8, 2019 - 11:22

    Səhər-səhər bulvar daha da gözəl olur. Gün çıxmamış bulvarda insanların idman hərəkətləri, gözəl hava, balıqçıların priçalda balıq tutması xüsusilə başqa əhval-ruhiyyə yaradır insanda.
    Nə zamansa Sumqayıtda bulvarın olacağına ümid etmirdim düzü. Amma buvarın salınması, insanların istirahəti üçün hər cür şəraitin olması və ən nahəyət bulvarımızın hazırda daha da genişləndirilməsi bizə ümid verir ki, hələ daha çox işlər görüləcə. Zakir müəllim Sumqayıt üçün, sumqayıtlılar üçün çox işlər gördü və hazırda da görür. Allah Sizi qorusun, Zakir müəllim!

  • Sevinc
    Avqust 8, 2019 - 14:30

    Saytınızı hər gün izləyirəm. Həqiqətən Sumqayıt çox dəyişib. Adam fəxr edir ki, şəhər yenidən qurulur. Əvvəllər heç vaxt bu qədər iş görülməyib. Doğma Sumqayıtımızı birlikdə inkişaf etdirməliyik. Zakir Fərəcova da xüsusi təşəkkürlərimizi çatdırırıq.

Reyhan Eliyeva üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər