Sumqayıt Dövlət Dram Teatrının direktoru Mübariz Həmidov təqaüd yaşının çatması ilə əlaqədar vəzifəsindən ayrılıb.
APA-nın əldə etdiyi məlumata görə, hazırda bu vəzifə müvəqqəti olaraq direktor müavini Vidadi Məmmədova həvalə olunub.
Qeyd edək ki, Mübariz Həmidov 2018-ci ildən etibarən Sumqayıt Dövlət Dram Teatrının direktoru olub.