Sumqayıt Dövlət Musiqili Dram teatrında yeni tamaşa hazırlanır

646

Sumqayıt Dövlət Musiqili Dram teatrında “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında “Dədə Qorqud” pyesinin məşqləri gedir. Teatrdan   APA-ya verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu rəssamı isə əməkdar rəssam Mübariz Gəncəli, geyim üzrə rəssam Nizami Dadaşovdur.

Tamaşada əməkdar artist Fəranə Musayeva, İlqar İbrahimov, Mövsüm İbrahimov, Habil Xanlarov, Vəfa Qurbanova, İlahə Səfərova, Oqtay Mehdiyev və başqaları rol alıb.

Dövlət sifarişi ilə hazırlanan tamaşa teatr mövsümünün sonunadək nümayiş olunacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər