Sumqayıt Dövlət Universiteti daha bir nüfuzlu universitetlə əməkdaşlığa başlayır

147

Sentyabrın 16-da Türkiyə Respublikasının Bahçeşehir Kıbrıs Universiteti ilə Sumqayıt Dövlət Universiteti arasında ikitərəfli görüş keçirilib.
Görüşdə Sumqayıt Dövlət Universitetindən rektor v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov, Elm və innovasiyalar üzrə prorektor, dosent Elşad Abdullayev, Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Loğman Abdullayev, Beynəlxalq əməkdaşlıq və strateji əlaqələr şöbəsinin müdiri Aysel Eminova, Bahçeşehir Kıbrıs Universitetindən rektor, professor Mehmet Toycan, İdarə Heyətinin üzvü Mert Osmanlar, Baş katibi Mustafa Toycan iştirak ediblər. Universitetin rektoru v.i.e., AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov qardaş Türkiyədən olan həmkarını və onun nümayəndə heyətini salamlayaraq, onları Sumqayıt Dövlət Universitetində görməkdən məmnunluğunu ifadə edib. Qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri təhsil sahəsində də uğurla inkişaf edir, bu əməkdaşlıq iki ölkə universitetləri üçün geniş imkanlar açır. Sonra Bahçeşehir Kıbrıs Universitetinin rektoru, professor Mehmet Toycan göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, iki ali təhsil müəssisəsi arasında elmi və akademik əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıb. Görüş çərçivəsində tərəflər arasında ikili diplomla bağlı məsələlər, hər iki universitetin qrant layihələrinə birgə müraciəti, xüsusilə mühəndislik, kompüter mühəndisliyi, iqtisadiyyat sahəsində əməkdaşlıq, eyni zamanda müəllim və tələbə mübadiləsi kimi məsələlər müzakirə olunub.
Görüşün sonunda Sumqayıt Dövlət Universiteti ilə Bahçeşehir Kıbrıs Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər