Sumqayıt Dövlət Universitetində açıq qapı günləri keçiriləcək

693

12-19 avqust tarixləri arasında Sumqayıt Dövlət Universitetində açıq qapı günləri keçiriləcək. Bu müddət ərzində saat 10:00-dan 17:00-dək universiteti ziyarət etmək və onun imkanları ilə tanış olmaq imkanı yaradılacaq.

Bu abrədə Universitetin rəsmi sosial şəbəkə hesablarında paylaşım edilib.

Açıq qapı günləri həftəsonları istisna olmaqla hər gün təşkil olunacaq. Ziyarətçilər universitetin təhsil imkanları və tədris proqramları barədə geniş məlumat əldə edə biləcəklər.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər