Sumqayıt Dövlət Universitetində anım tədbiri keçirilib

332

Azadlıq sevincimizin baş qaldırdığı, Qarabağa aparan yolun başlanğıcı kimi tarixə düşən Aprel Zəfərinin 10-cu ildönümü və 31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Sumqayıt Dövlət Universitetində anım tədbiri təşkil olunub.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Vətən Fədailəri” layihəsinin rəhbəri, yazıçı-publisist Manya Səxavətqızı ilə görüş keçirilib. Şəhid ailələrinin də iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra çıxış edən Sumqayıt Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Elmar Xəlilov Aprel döyüşlərinin tarixi əhəmiyyətindən, həmçinin “Vətən Fədailəri” layihəsinin gənclər arasında vətənpərvərlik ruhunun aşılanmasındakı rolundan bəhs edib.
Tədbirdə çıxış edən Manya Səxavətqızı Vətənimizin azadlığı uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsinin əbədiləşdirilməsinin vacibliyini vurğulayıb, bu istiqamətdə ərsəyə gətirdiyi kitablar haqqında məlumat verərək onları universitetin müəllim və tələbə kollektivinə təqdim edib.
Görüşdə iştirak edən şəhid Mikayıl Vahabzadənin anası Rumiyyə Vahabzadə və şəhid Şahmar Quliyevin həyat yoldaşı Gülnarə Quliyeva çıxış edərək şəhidlərin xatirəsinin yaşadılmasının əhəmiyyətindən, həmçinin Manya Səxavətqızının müəllifi olduğu nəşrlərin bu baxımdan xüsusi rolundan danışıblar.
Sonda tədbir iştirakçıları ilə xatirə fotosu çəkdirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər